lider-media.az

DSX: Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılmışdır

Baxış: 1 053 Tarix: 18-02-2025, 11:17

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır. 

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi