lider-media.az

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Adama Barrouya

Baxış: 222 Tarix: 18-02-2025, 11:14

Hörmətli cənab Prezident,

Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 fevral 2025-ci il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi