lider-media.az

Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq müsabiqədə mükafata layiq görüldü

Baxış: 345 Tarix: 17-02-2025, 19:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Acquisition-International” beynəlxalq jurnalının “Business Excellence Awards 2025” müsabiqəsində uğur qazanıb.

Xidmətin fəaliyyət sahələrində aparılan islahatların nailiyyətləri barədə təqdim olunan iş və “DOST Müfəttiş” layihəsinin işəgötürənlərə qiymətləndirmə dəstəyi münsiflər tərəfindən yüksək qiymət alıb.

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti həmin beynəlxalq müsabiqədə “Əmək Münasibətlərində Bizneslərin İnkişafına Dəstək Olan İlin Ən Yaxşı Dövlət Orqanı” nominasiyası üzrə ali mükafata layiq görülüb.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrdən 100-dən çox layihə iştirak edib. 
 Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti beynəlxalq  müsabiqədə mükafata layiq görüldü

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi