lider-media.az

Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər

Baxış: 111 Tarix: 17-02-2025, 15:07

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.Səfər çərçivəsində deputatlar əvvəlcə fevralın 19-da Sloveniyanın Maribor şəhərində keçiriləcək Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcəklər, soyqırımı qurbanlarının xatirəsini anacaqlar.

Fevralın 20-21-də isə nümayəndə heyəti  ATƏT PA-nın Avstriyanın Vyana şəhərində keçiriləcək 24-cü qış sessiyasının işinə qatılacaq.

Qış sessiyasında millət vəkilləri üç ümumi komitənin birgə toplantısında, habelə Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin iclaslarında iştirak edəcəklər. Deputatlarımız tədbirlərdə qaldırılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər fevralın 22-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi