lider-media.az

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgi

Baxış: 557 Tarix: 15-02-2025, 12:31

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada söz xiridarı Əliağa Vahidin anadan olmasının 130 illik münasibətilə “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Bu barədə Milli Kitabxanadan məlumat verilib. Bildirilib ki, sərgidə qəzəlxanın qəzəlləri, tərcümələri, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, qəzəllərinə bəstələnmiş musiqi notları nümayiş olunur.Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, Azərbaycan şairi, qəzəl ustadı, Əməkdar incəsənət xadimi Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq edib. O, gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. İlk kitabının adı “Tamahın nəticəsi” olub.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.

Əliağa Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının sözləri Əliağa Vahidə məxsusdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi