lider-media.az

Yol polisi bu sürücülərə müraciət etdi

Baxış: 1 044 Tarix: 15-02-2025, 12:27

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yoların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür:"BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir. Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi