lider-media.az

Şəhid ailəsinin müraciəti yerinə yetirilib

Baxış: 455 Tarix: 14-02-2025, 20:48

Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarının ailələrinin və qazilərimizin sosial problemlərinin həlli istiqamətində Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçilən tədbirlər davam etdirilir.
 Belə ki, bir müddət əvvəl Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan Təzəkənd kənd şəhidi Maarif Məmmədovun həyat yoldaşı Sevinc Məmmədova rayon rəhbərindən evinin mebellə təmin olunmasını xahiş etmişdir.
 Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun göstərişi ilə qısa müddət ərzində şəhid ailəsinin müraciətinə dərhal baxılmış və o, yaşayış evi üçün stol və stulla təmin olunmuşdur.Şəhid ailəsinə hədiyyəsini evində təqdim edən rayon rəhbəri şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu və onların ailə üzvlərinin müraciət və problemlərin həllinin başlıca prioritetlərdən biri olduğunu bildirmişdir.
 Şəhid yoldaşı onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi