lider-media.az

Həftənin ötən 5 günü ərzində meşə fondu torpaqlarında 181 mindən artıq ağac əkilib

Baxış: 206 Tarix: 14-02-2025, 17:53

Ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hazırda meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı ümumilikdə 25 770 ağac tingi əkilib.“Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 81 ha meşə fondu torpağında meşə əkini işləri aparılıb, 181 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi