lider-media.az

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov akademik Arif Paşayevi təbrik edib

Baxış: 627 Tarix: 14-02-2025, 14:56

  • Polkovnik Cəlil Xəlilov akademik Arif Paşayevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Milli Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevi ad günü münasibətilə təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir:

“Hörmətli Arif bəy!

Sizi 15 fevral – ad gününüz münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda, eləcə də çoxşaxəli yaradıcılığınızın bütün sahələrində uğurlar arzulayıram.

Fəxr hissi ilə qeyd edirəm ki, Siz uzun illərdir ki, Azərbaycanı beynəlxalq elmi müstəvidə uğurla təmsil edən, xalqımızın intellektual gücünü bütün əzəməti ilə dünyaya nümayiş etdirən nadir şəxsiyyətlərdənsiniz. Müəllifi olduğunuz  30-dan çox icad, 300-ə yaxın elmi əsər və  digər yaradıcılıq nümunələriniz dünya elmi və texnikasının qiymətli örnəklərindən biri kimi yer üzünün dörd bir yanında insanların rifahını yüksəltməkdə, bəşəriyyətin tərəqqisinə xidmət etməkdədir. Ustad pedaqoq kimi yetişdirdiyiniz yüzlərlə kadr milli təhsil və sənayemizin inkişafına böyük töhfələr verməkdə, müstəqil respublikamızın çiçəklənməsində yaxından iştirak etməkdədir ki, bu da hər birimizdə qürur hissi doğurur.

Hörmətli Arif bəy!

Bir daha Sizi bütün veteranlar adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi