lider-media.az

Cinayət prosesində müdafiə tərəfinin hüquqlarının təmin edilməsində rəqəmsal texnologiyalardan istifadə problemləri diqqətdə saxlanılmalıdır

Tarix: 2-04-2024, 13:03

Cinayət prosesinin iştirakçıları arasında qarşılıqlı əlaqə üçün vahid onlayn xidmət yaradılmalı və xidmət üç blokdan ibarət olmalıdır: elektron cinayət işi, həmçinin sənəd, ərizə, şikayət, vəsatət vermək və cavab almaq imkanı. Elektron cinayət təqibinin tətbiqi prosesində elektron məhkəmə, elektron vəkillik və elektron istintaq sistemlərinin bir-birinə inteqrasiyası həm ümumilikdə cinayət təqibinin, həm də bu təqibdə müdafiə tərəfin işinin səmərəliliyinin artırılmasına böyük töhfə verə bilər. Bu, vəkil orderinin elektron qaydada cinayət təqibi orqanına təqdim edilməsi, istintaq hərəkətlərinin təyin edilməsi zamanı vəkilin vahid sistemdən görünən iş cədvəlinin də nəzərə alınması ilə bu hərəkətlərin vaxtında keçirilməsinin təmin olunmasına imkan yaradacaq.

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov aprelin 2-də “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

A.Bağırov bildirib ki, yeni istifadəyə təqdim edilən “Vəkil Kabineti”ndə vəkilin iş cədvəlini əks edən elektron təqvim artıq istifadəyə verilib. İnanırıq ki, bu təqvim qısa zamanda məhkəmə işlərinin təyin edilməsi zamanı elektron məhkəmə informasiya sisteminə inteqrasiya ediləcək və hakimlər də iş təyin edərkən vəkilin təqvimini nəzərə almaq imkanına malik olacaq.

“Hesab edirik ki, cinayət prosesində müdafiə tərəfinin hüquqlarının təmin edilməsində rəqəmsal texnologiyalardan istifadə problemləri də diqqətdə saxlanılmalıdır. Gələcəkdə “Rəqəmsal sübut” anlayışının ayrıca sübut növü kimi Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməsinə, bu növ sübutların toplanılması, götürülməsi, konfidensiallığın təmininə, həmin sübutlarla müdafiə tərəfinin tanışolma imkanının nəzərdə tutulmasına, onlardan səmərəli istifadə edilməsinə və rəqəmsal sübutlarla bağlı düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmış olar. Rəqəmsal sübutlarla bağlı digər bir məsələ, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədilə həmin məlumatların əldə edilməsi üçün məhkəmə qərarının alınmasının zəruri olmasıdır. Digər sübut növlərindən fərqli olaraq rəqəmsal sübut və onun saxlanıldığı cihazlar (mobil telefon, kompüter, xarici yaddaş kartı və s.) fiziki və hüquqi şəxslər üçün daha əhəmiyyətli və konfidensial məlumatların daşıyıcısı rolundan çıxış edirlər. Yəni cinayət prosesində rəqəmsal sübutlara gəldikdə şəxsi həyata hörmət hüququna riayət olunmasını təmin edən qaydaların tətbiqi vacibdir. Bundan əlavə, məsafədən, videokonfrans vasitəsilə dindirmənin xüsusiyyətlərində Cinayət-Prosessual Məcəlləsinin ümumi müddəaları nəzərə alınmalıdır", - deyə A.Bağırov qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi