lider-media.az

HHQ-də "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Baxış: 279 Tarix: 14-02-2025, 13:50

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
General-mayor Namiq Bayramov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasından danışan N.Bayramov bu cür kursların əhəmiyyətini xüsusi vurğulayaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gündən-günə gücləndiyini qeyd edib.
Məzunlar adından çıxış edən, kurs birincisi gizir Zaur Məmmədov onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə təşəkkürünü bildirib, yiyələndikləri bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə söz veriblər.
Sonda kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub və məzunlara sertifikatlar təqdim olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi