Dövlət Turizm Agentliyi 2024-ci il üzrə onlayn xəbər bülleteni hazırlayıb
Baxış: 448
Tarix: 13-02-2025, 20:26
Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-dekabr dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.Bülletendə Agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.
İl ərzində 2 dəfə olmaqla 6 aydan bir dərc olunan yarımillik və illik bülletenlərin məqsədi ictimaiyyətin Agentliyin həyata keçirdiyi fəaliyyətlə bağlı məlumatlanmasını təmin etməkdir.Bülleten qurumun rəsmi veb-saytında "Xəbər bülleteni" bölməsində əks olunur.