lider-media.az

Polis əməkdaşları Xəzər, Pirallahı və Nərimanov rayonlarında şagirdlərlə görüşüb

Baxış: 577 Tarix: 12-02-2025, 17:28

Fevralın 10-da Xəzər Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Buzovna qəsbəsində yerləşən 125 saylı, Pirallahı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 231 və 243 saylı, Nərimanov Rayon Polis İdarəsinin  təşkilatçılığı ilə 73 saylı tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətindən Lider-media.az-a verilən məlumatda bildirilib ki, “Narkomaniya ümumbəşəri bəladır”, "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikaha yox deyək!”, “İnternetdən təhlükəsiz istifadə” və “Kibertəhlükəsizlik” mövzularında keçirilən tədbirlərdə orta məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirlərdə çıxış edən polis rəisləri cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və məhvedici təsirləri barədə danışıblar. Şagirdlərə erkən nikahın fəsadları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib, internetin faydalı informasiya aləti olmaqla yanaşı həm də kiber təhlükə, ictimai təhlükəli əməllərə sövq edilmə riski və təhdidlərin mövcud olduğu qlobal məkan olması qeyd edilib və kibertəhlükəsizlik mövzusunda ətraflı məlumat verilib. 

Şagirdlərə nizam-intizama, davranış qaydalarına riayət etmələri, sağlam həyat tərzi sürmələri, doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verilib.  

Görüşlərdə mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, şagirdlərlə polislər arasında diskusiya təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi