lider-media.az

Böyük Britaniyanın “Development Pathways” təşkilatının saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Baxış: 177 Tarix: 12-02-2025, 19:29

Böyük Britaniyanın “Development Pathways” təşkilatının saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Bu təcrübədən digər ölkələr üçün faydalı ola biləcək nümunələr təqdim edilir.Böyük Britaniyada yerləşən “Development Pathways” təşkilatının saytında son illər Azərbaycanda sosial sahədə həyata keçirilən rəqəmsal transformasiya prosesinin uğurları barədə məqalə dərc edilib. https://www.developmentpathways.co.uk/blog/digitalisation-in-social-protection-lessons-from-azerbaijan/

Məqalədə Azərbaycanın sosial sahə üzrə uğurlu elektronlaşma təcrübəsi vurğulanaraq, bu təcrübədən digər ölkələr üçün faydalı ola biləcək rəqəmsal xidmətlərə dair nümunələr təqdim edilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlər diqqətə çatdırılır.

Ölkədə əmək,  məşğulluq, sosial müdafiə sahələrində tətbiq edilən e-texnologiyaların səmərəliliyi, vətəndaşlara çevik, əlçatan və şəffaf xidmətlərin göstərilməsində mühüm üstünlükləri qeyd olunur.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əhəmiyyəti, sosial sahədə daxili və qurumlararası rəqəmsal inteqrasiya prosesi barədə ətraflı məlumat verilir. Bu rəqəmsal sistemin 80-dən çox qurumun informasiya resursları ilə inteqrasiya şəraitində fasiləsiz məlumat mübadiləsinə və xidmətlərin çevik və effektiv təşkilinə imkan verdiyi qeyd olunur.

“Development Pathways” qlobal miqyasda sosial-iqtisadi inkişafı təşviq etmək məqsədilə sosial müdafiə, sosial inkişaf və əlaqəli sahələrlə bağlı qabaqcıl təcrübələrə istinad olunmaqla mütəxəssis məsləhətləri təqdim edən və tədqiqatlar aparan təşkilatdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi