lider-media.az

Elm-Tədris Mərkəzində "Etik davranışın qayda və prinsipial, həmçinin onlara əməl edilməsi" mövzusunda təlim keçirilib

Baxış: 402 Tarix: 1-04-2024, 18:23

 2024-cü ilin aprel ayının 1-də tabe rayon (şəhər) prokurorluqlarının əməliyyat işçiləri üçün “Etik davranışın qayda və prinsipləri” mövzusunda distant formada təlim keçirilib.

  Təlim zamanı vətəndaş qəbulu, ibtidai araşdırma, eləcə də sosial media sahəsində prokurorluq əməkdaşlarının etik davranış standartları, həmçinin əməkdaşların kollektiv daxili ünsiyyət qaydaları, habelə etik davranış standartları üzrə beynəlxalq norma və tələblər barədə təlim iştirakçılarına məruzə və təqdimatlar edilib.

  Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilmiş təlimdə 342 nəfər prokurorluq işçisi iştirak edib. 

  Tədbir zamanı tədris olunan mövzulara böyük maraq göstərilib və əldə olunan biliklər müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi