lider-media.az

AQTA “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparılıb

Baxış: 301 Tarix: 12-02-2025, 13:06

İçərisindən siqaret kötüyü çıxdığı iddia edilən çörəyin istehsal olunduğu sexdə yoxlama aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.

Agentlikdən verilən məlumata görə, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mediada adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən videolar yayılmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi