lider-media.az

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

Baxış: 50 Tarix: 11-02-2025, 16:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyanın “Global Financial Market Review (GFM)” beynəlxalq jurnalının “Global Financial Market Review – Awards 2025”  müsabiqəsində uğur qazanıb. Müsabiqəyə Xidmətin son bir ildəki fəaliyyəti və “Əmək və Məşğulluq” altsistemi ilə bağlı  məlumatlar təqdim edilib. Münsiflər heyəti qurumun fəaliyyət sahələrində aparılan islahatları,  habelə elektron həllərin tətbiqi ilə bağlı son illər əldə etdiyi uğurlu təcrübəni yüksək dəyərləndirib.  

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti “İlin Rəqəmsal İnnovasiyası” və “İlin Ən Yaxşı Texnoloji Həllər Tənzimləyicisi” nominasiyaları üzrə mükafatlara layiq görülüb. (https://www.gfmreview.com/awards_winners)

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, Almaniya, Türkiyə və digər 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.

  Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən  müsabiqədə 2 mükafata layiq görülüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi