Vətən Müharibəsi şəhidi İsmayılov Amid Eldar oğlunun doğum günüdür

Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Odur ki, onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Bəşəriyyət bu zirvəylə qürurlanır. Bəşəri yaşadan bu qürurdur. Nisgilimizdir, kədərimizdir, ürək ağrımızdır, həm də qürurumuzdur şəhidlər. Vüqarımızdır, fəxrimizdir, ölməzliyimizdir, örnəyimizdir...
Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu gün vətənin göylərində ruhu dolaşan şəhidlərdən biri də Vətən Müharibəsi şəhidi İsmayılov Amid Eldar oğlu 1988-ci il fevralın 11-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.1995-2006-cı illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.Amid İsmayılov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Amid İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid İsmayılov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Amid İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalarlı ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!