lider-media.az

İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Eyvaz Atayevi ziyarət edib

Baxış: 46 Tarix: 10-02-2025, 19:46

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı  kəndində Birinci Qarabağ müharibəsinin birinci dərəcəli əlili Atayev Eyvaz Nemət oğlunu ziyarət  edib, onun və ailəsinin qayğıları ilə maraqlanıb.Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.

Qeyd edək ki, Eyvaz Atayev Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə istiqamətində gedən döyüşlərə qatılmışdır. İki dəfə yaralanmasına baxmayaraq döyüşlərə  davam edən qazimiz, üçüncü dəfə 1994-cü ildə düşmənin atdığı artilleriya mərminin təsiri nəticəsində ağır yaralanmış və ehtiyata buraxılmışdır.Eyvaz Atayevə müharibə zamanı aldığı xəsarətlərə görə birinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən fərdi ev və avtomobil ilə təmin edilmişdir.

Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi