lider-media.az

Niyazi Bayramov Gəncə Regional Mühafizə İdarəsinə yeni təyin olunmuş rəisi ilə görüşüb

Baxış: 859 Tarix: 10-02-2025, 19:43

WhatsApp Image 2025-02-10 at 16.22.28.jpeg

Polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin edilib.  Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idarə rəisi ilə görüşüb.

Baş Mühafizə İdarəsinin şöbə rəisi, polkovnik Daşqın Mehdiyev də iştrirak etdiyi görüşdə Prezident İlham Əliyev tərəfindən Daxili İşlər Nazirliyinin fəaliyyətinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.Sonda Niyazi Bayramov yeni təyinatı ilə bağlı Elçin Əsgərovu təbrik edib, ona xidməti fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi