lider-media.az

Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş

Baxış: 36 Tarix: 10-02-2025, 19:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sloveniya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marko Ştuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun ölkəmiz tərəfindən rəhbəri Anar Kərimov Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin inkişafına xüsusi önəm verdiyimizi qeyd edib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin davamlı inkişafında xüsusi önəmi diqqətə çatdırılıb. 

Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun fəaliyyətinin ikitərəfli əlaqələrimizin genişlənməsinə xidmət etdiyi bildirilib. Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan nailiyyətlər, dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilən DOST Konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramının uğurları barədə məlumat verilib.

M.Ştuçin Azərbaycanda səfərdə olmalarından məmnunluğunu, ikitərəfli əlaqələri dərinləşdirilməkdə maraqlı olduqlarını, sosial sahədə də təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı ola biləcəyini qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət əlaqələrinin, investisiya əməkdaşlığının genişləndirilməsinə, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş olub
Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş olub
Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş olub
Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş olub
Nazirlikdə Sloveniya nümayəndə heyəti ilə görüş olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi