lider-media.az

Xankəndidə polis şagirdlərlə görüşüb

Baxış: 57 Tarix: 8-02-2025, 12:09

Fevralın 7-də Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki,"Sağlam gələcək naminə narkomaniyaya yox deyək!", “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularında keçirilən tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib. 

Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki  Zaur Nəsirov narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də bu istiqamətdə ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb, erkən nikahın səbəb olduğu problemlər, dini radikalizmin zərərli təsirləri barədə ətraflı məlumat verib. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verib. 

Polis polkovniki Zaur Nəsirov ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.

Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi