lider-media.az

ANAR ƏHMƏDOV: ÖZBƏKİSTAN TARİXİ

Baxış: 2 825 Tarix: 8-02-2025, 11:41

   

      Bu gün qədim tarixə, yaxın adət-ənənələrə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf edir. İki qardaş ölkənin ədəbi əlaqələrinin çoxəsirlik tarixi var. Müstəqilliyimizi bərpa etdiyimiz illərdən bəri bu əlaqələr yeni müstəvidə uğurla davam etdirilir. Azərbaycan ədəbiyyatının Özbəkistanda, özbək ədəbiyyatının  Azərbaycanda təbliği geniş vüsət alır. Bundan ilhamlanan yazar Anar Əhmədovun mütəmadi olaraq Azərbaycanla Özbəkistanın əbədi dostluq və qardaşlığına həsr olunan şeirləri dərc olunur. Onun yeni qələmə aldığı “Özbəkistan tarixi” adlı şerini oxucularımıza təqdim edirik.

 

ÖZBƏKİSTAN TARİXİ

 

Oxuyub vərəqlədim mən tarixini,

Araşdırıb öyrəndim bu türk elini.

Axı necə sevməyim şirin dilini?

Yaxşıca anlayırıq bir-birimizi.

Döyünən qəlbidir o Türküstanın,

Tarixi qədimdir Özbəkistanın.

 

Bəxş etmiş cahana neçə dahilər,

Alimlər, təbiblər, mütəfəkkirlər.

Elmə töhfə vermiş o şəxsiyyətlər,

Sinalar, Nəvailər, Əl Birunilər.

Mədəniyyəti zəngindir qardaş diyarın,

Tarixi qədimdir Özbəkistanın.

 

İgidləri tarix yazıb qılınclarıyla,

Vətənini qoruyub öz canlarıyla.

Hər biri qürur duyur özbək adıyla,

Əmir Teymuruyla, babalarıyla.

Ərənləri ad qoyub ulu diyarın,

Tarixi qədimdir Özbəkistanın.

 

Gəz, dolan, seyr elə şəhərlərini,

Görərsən o zaman gözəlliyini.

Fərqanə, Buxara, Xivə, Səmərqənd,

İnsanı valeh edir möhtəşəm Daşkənd.

Hər daşı tarixdir doğma diyarın,

Tarixi qədimdir Özbəkistanın.

 

Anar Əhmədov,

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru, mayor.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi