lider-media.az

Milli Qəhrəmanlar silsiləsindən

Baxış: 447 Tarix: 8-02-2025, 09:50

Nazim Qabil oğlu Quliyev 7 fevral 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır. 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarala yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilib. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış kəndlərində rəşadətlə vuruşub.

9 yanvar 1992-ci ildə Köşbək kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalıb. Nazim idarə etdiyi PDM-lə düşmənin üzərinə yeriyir, ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin 27 yaşlı Quliyev Nazim Qabil oğlu bu döyüşdə qəhrəmanlıq, şücaət göstərərək gözlərini əbədi olaraq yumur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi