Bu yazıda adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış hər qarış vətən torpağını göz bəbəyi kimi qoruyan Firudin İsa oğlu Şamoyevin həyat və döyüş yolundan söhbət açacağıq.
Firudin Şamoyev 7 fevral 1962-ci ildə yurdumuzun dilbər guşələrindən olan Qazax rayonunda dünyaya göz açmışdır.
Orta məktəbdə oxuyarkən müəllimləri çalışqanlığına, nümunəvi davranışına görə Firudindən razılıq edərdilər. Məktəbin divar qəzetində Firudin haqqında yazılar hazırlanardı. O, məktəblilər arasında müxtəlif fənlər üzrə keçirilən olimpiadalarda da yüksək nəticə göstərərdi.Firudin məktəblər arasında keçirilən futbol, voleybol yarışlarında da fəal iştirak edirdi.Firudin Şamoyev Qazax rayonunda orta təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanmış, hərbi xidmətini başa vurduqdan sonra doğma rayonu Qazaxa qayıtmış, burada təmir-tikinti idarəsində çilingər kimi əmək fəaliyyətinə başlamışdır.
Ermənilər 1988-ci ildən başlayaraq ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürür, "dənizdən-dənizə böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün sərhədlərimizdə bir-birinin ardınca təxribatlar törədirdilər. Daşnak quldurların bu özbaşınalığı, onların faşist xisləti yurdumuzun cəsur, qorxmaz oğulları kimi, Firudinin də qəzəbinə səbəb oldu. Qəlbi vəhşi daşnaklardan qisas almaq üçün döyünürdü. Qarabağda, eləcə də digər sərhəd bölgələrində axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içərisində yaşayırdı.
Firudin Şamoyev 8 iyun 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, erməni vandallarının atəş nöqtələrinin məhv edilməsində şəxsi igidlik göstərmişdir.Qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Firudin Şamoyev 13 aprel 1992-ci ildə Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş, son mənzili Qazax rayonundakı Şəhidlər Xiyabanı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Firudin Şamoyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.
Qəhrəman döyüşçünün adı əbədiləşdirilmiş, Qazax rayonundakı məktəblərdən birinə Firudin Şamoyevin adı verilmişdir.


Xocalının Vətən Müharibəsi Şəhidləri
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb