lider-media.az

Lənkərana yağan leysan yağış və selin yaratdığı fəsadların nəticələri aradan qaldırılır

Baxış: 421 Tarix: 7-02-2025, 16:59

 Lənkəran rayon Fövqəladə Hallar Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görülür. Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Lənkəran Şəhər-Rayon Polis İdarəsi və xidmət sahələrinin əməkdaşlarının birgə səyi nəticəsində  subasmanın fəsadları aradan qaldırılıb, təxliyə olunmuş 3 ailə (22 nəfər) evlərinə qayıdıb, Şiləvar kənd qəbristanlığından suyun çəkilməsi prosesi yekunlaşıb.

Qeyd edək ki, hazırda rayon ərazisində bütün magistral, əsas və arayollarda subasmanın fəsadları aradan qaldırılıb, bir neçə fərdi yaşayış evin həyətində qrunt sularının çəkilməsi işləri aparılır ki, yaxın müddət ərzində prosesin yekunlaşması üçün rayonun aidiyyəti idarələri tam səfərbər olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi