lider-media.az

Şəhidimiz Cəbrayılda dəfn edilib

Baxış: 218 Tarix: 7-02-2025, 15:10

Qarabağ şəhidi Cəbrayılda DƏFN EDİLDİ

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən şəhid Müşfiq İbrahim oğlu Quliyevin nəşinin qalıqları bu gün dəfn edilib.Şəhidin nəşinin qalıqları Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında torpağa tapşırılıb.Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.Xatırladaq ki, Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra - bu günlərdə tapılıb və ailəsinə xəbər verilib.

32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb. Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.

Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayılın Horovlu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunub. Daha sonra hərbi xidmətə yollanıb. 1993-ci ilin oktyabrında Cəbrayılın Mahmudlu kəndi istiqamətində itkin düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi