lider-media.az

Taleh Qaraşov növbəti səyyar görüşünü Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə keçirib

Baxış: 76 Tarix: 7-02-2025, 15:03

 Fevralın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Kənarmeşə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda yerli icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə danışan Taleh Qaraşov qeyd edib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər  barədə aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlanıb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

ŞİH başçısı yerli sakinlər tərəfindən qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsi xüsusi önəm kəsb edir.

Qarşılıqlı açıq dialoq formatında keçən görüş-qəbuldan yerli insanlar məmnun qalıblar, vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin daha da inkişaf etməsinə, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları məsələlərə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi