lider-media.az

Şəhidimiz torpağa tapşırılıb

Baxış: 279 Tarix: 7-02-2025, 13:58

Şəhidimiz DƏFN EDİLDİ

Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları 30 il sonra İmişlidə naməlum əsgər məzarlığında aşkar edilərək doğulduğu Salyan rayonuna gətirilib.Şəhidlə vida mərasimi keçirilib.Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak edib. Vida mərasimindən sonra şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyan rayonunun Seyid Sadıqlı kəndinin qəbristanlığında dəfn edilib.
Qeyd edək ki, Salyan rayonunun Seyid Sadıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elşən Qubad oğlu 1994-cü ildə Fizuli uğrunda gedən döyüşlərdə şəhid olub və naməlum əsgər kimi İmişli məzarlığında dəfn olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi