lider-media.az

Sürücülərin diqqətinə!

Baxış: 149 Tarix: 7-02-2025, 12:49

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforların vaxt planı dəyişdirildi. 

Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib. Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi