Türk dünyasını yerindən oynadan fəlakət 2023-cü il, fevralın 6-da baş verdi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda yerləşən 7.7 ballıq zəlzələ Türkiyənin 11 vilayətini silkələdi. Bundan cəmi 9 saat sonra Elbistan bölgəsində baş verən 7.6 bal gücündə zəlzələ fəsadları daha da artırdı. Güclü zəlzələlər nəticəsində 53537 nəfərin həyatını itirdi, 107 mindən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bölgədə yaşayan 14 milyon insanın həyatına təsir edən zəlzələlərdə təxminən 40 min bina dağıldı, 200 mindən çox binaya ciddi ziyan dəydi.
Bu fəlakət gecəsini gündüzünə qatıb, min bir əziyyətlə çalışıb böyük arzularla ev quranların sonu oldu. O evlərdə təkcə insanlar yox, neçə-neçə ümidlər, xəyallar, istəklər, sevgilər dağıntılar altında qaldı.
Təbii fəlakət zamanı dağıntılar altında qalan minlərlə insan yardım gözləyirdi. Lakin fəlakətin şiddəti və əhatə dairəsi bu işləri olduqca çətinləşdirirdi. Yolların çökməsi, aeroportların, dəmir yollarının sıradan çıxması, dənizin daşması nəqliyyat vasitələrinin hərəkətini dayandırdı.
Türkiyə tarixinin ən çətin günlərindən birini yaşayırdı. Dövlətlə xalqın səfərbər olduğu bu faciədə yeganə məqsəd dağıntılar altında qalan insanları xilas etmək idi. Nə qədər çətin olsa da, quru, hava və dəniz yardım dəhlizləri yaradıldı, ucqar kəndlərə helikopterlər göndərildi. Dövlət rəsmiləri ilə yanaşı, sadə vətəndaşlar da bölgəyə yardım üçün səfərbər oldular. Bütün bələdiyyələrdə yardım kampaniyaları başladıldı. Geyim, ayaqqabı, yataq, ərzaq və digər vasitələr fəlakət bölgəsinə göndərildi. Ölkədə 4-cü səviyyə həyəcan siqnalı verildi. Azərbaycan da daxil olmaqla 90 ölkədən gələn axtarış-xilasetmə qrupları yardıma gəldi.
Zəlzələdən dərhal sonra özünü Türkiyəyə çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri oldu. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərdi. Komandalar fevralın 6-da Türkiyəyə gələrək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak etdilər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda oldu. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas etdi.
Bu, böyük fəlakət idi və dövlətimiz Türkiyənin bu dərdinə şərik çıxdı. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Dövlətimiz tərəfindən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan başsağlığında deyilirdi: "Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar rəsmi "instaqram" səhifəsində paylaşım etdi. Paylaşımda bildirilirdi: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm". Xeyriyyəçilik fəaliyyəti ilə dünyada tanınan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardımlar göstərilməyə başlandı. Faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdıracaq Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə yola salındılar.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş xalqın səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə nümayişi kimi dəyərləndirilir.
Zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaratdılar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərdilər. Ümumiyyətlə, qardaş ölkənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanında idilər.
Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək, sözün həqiqi mənasında, qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında da ilk olaraq Azərbaycanın Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi sadəcə kəlam deyil, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə zəlzələdən sarsılsa da, ayaqda durmağa özündə güc tapdı və bu sınaqdan da üzüağ çıxdı. Zəlzələ bölgəsində quruculuq işlərinə başlanıldı. Azərbaycan dövləti Kahramanmaraşda sosial obyektlərin tikintisinə yardım etdi, yeni yaşayış sahəsinin təməli qoyuldu. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da genişləndirildi.
Bəli, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun.
Nurəngiz ADİLQIZI.



ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb