lider-media.az

Akademik İsa Həbibbəyli MEK-dəki kolleksiyasına dəyərli nəşrlər hədiyyə edib

Baxış: 164 Tarix: 6-02-2025, 10:46

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı (MEK) şəxsi kolleksiyasına 101 sayda ədəbiyyat hədiyyə edib.Təqdim olunan ədəbiyyat toplusuna Azərbaycan, türk, özbək, qırğız, serb, rus, ingilis, italyan dillərində 93 kitab və 8 jurnal daxildir. Burada akademikin özünün müəllifi olduğu “Fərqli baxış” şeirlər toplusu, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun keçdiyi şərəfli ömür yolundan, peşəkar ədəbiyyatşünas, ustad və müəllim kimi fəaliyyətindən bəhs edən “Görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas və ustad müəllim” albom-monoqrafiyası, “Kitabi-Dədə Qorqud” monoqrafiyası, Naxçıvan diyarındakı qədim duz mədənlərinə aid məqalə və şeirlər toplusu “Duzdağ mozaikası”, “Turanın incisi-Azərbaycan” (“Азербайджан-жемчужина Турана”) monoqrafiya-antologiyası, eləcə də türk dilinə tərcümə olunmuş “Nizami Gəncəvi Azərbaycandan dünyaya” kitabları yer alıb.Ədəbiyyat sırasında akademikin çoxcəhətli elmi-təşkilati fəaliyyətini, həyat və yaradıcılığını əks etdirən materiallardan ibarət nəşrlər də mövcuddur.

Qeyd edək ki, MEK-in "Akademiklər kitabxanası"nda toplanan 50-ə yaxın alimin kolleksiyasındakı nəşrlərin hər biri tədqiqatçılar üçün dəyərli elmi mənbələrdir.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi