lider-media.az

“Şəhid olsam  övladlarım fəxrlə “Vətən sağ olsun desin!”

Tarix: Bu gün, 08:42

2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!
Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident cənab İlham Əliyevin   sərəncamları ilə  yüksək dövlət orden və medalları ilə təltif edilmişdir.
44 gün davam edən Vətən Müharibəsində qazanılan qələbə minlərlə qəhrəman döyüşçümüzün, qazimizin, şəhidimizin bizə ərməğanıdır.Vətən Müharibəsi şəhidiQəhrəmanov Ruslan Mehman oğlu 1988-ci il oktyabr ayının 6-da, Almaniyada, hərbiçi ailəsində dünyaya göz açıb.
Atası Mehman Qəhrəmanov birinci Qarabağ döyüşlərində iştirak edib, müharibə Veteranıdır, Qarabağ qazisi olub. Şəmkirin Keçili (indiki Xuluf) kəndində böyüyüb başa çatıb şəhidimiz. Keçili kəndinin Rövşən İsmayılov adına 2 saylı orta məktəbində 9-cu sinifə kimi təhsil alıb. Vətənə olan hədsiz sevgisi onu Cəmşid Naxçıvanski adına hərbi liseyə aparıb. Özü tibbə meylli olsa da fikrini dəyişib hərbiçi olmaq qərarına gəlib. Liseyi bitirdikdən sonra Ali Hərbi məktəbə qəbul olub və leytenant olaraq Vətənə xidmətə başlayıb.
2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun kapitanı Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.  
 Bir dostu ona sən “general” olacaqsan demişdi. Döyüşlərdən öncə “ona çalış şəhid olma, körpə balaların səni gözləyir- deyən dostuna, Ruslanın cavabı isə “mən ora elə şəhid olmağa gedirəm” olub. Qızlarına getmədən öncə tapşırıb ki, “Mən şəhid olanda öndə sizlər gedin, bayrağımızı tutaraq. Fəxrlə “Vətən sağ olsun deyin”! Şəhidimizin son sözləri: “Tam hazıram mən hər şeyə. Mən şəhid olsam oğlum gəlir əvəzimə. Gözüm arxada qalamayacaq. Ən boyük arzusu döyüşərək Kəlbəcərə girmək olan igidimizin hətta məzar daşında da qardaşına olan bu son sözləri həkk olunub, son arzuları yazılıb. Nə həyəcanla gözləyirəm gecənin o qaranlığında Kəlbəcərə girməyi”…cümlələri olub.
 Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə kəşfiyyatda mühasirəyə düşürlər, dostlarını xilas eləmək üçün maşından düşüb siz gedin, mən sizi qoruyacam deyib və XTQ kapitanı  Ruslan 2020-ci ilin oktyabr ayının 5-i snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. İki qızı və bir oğlu yadigar qalıb. Döyüşlər başlayanda qoxusuna doymadığı Yusif balası 10 günlük idi.Ruslana məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.Canını Vətən yolunda qurban verən Ruslan qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi