lider-media.az

Nazir müavini Elçin Zeynalov Sinop Universitetinin rektoru ilə görüşüb

Baxış: 241 Tarix: 5-02-2025, 21:40

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Sinop Universitetinin rektoru, professor Şakir Taşdemirlə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan nazir müavini Elçin Zeynalov son illər iki ölkənin ali təhsil müəssisələri araşında əməkdaşlıq münasibətlərinin genişləndiyini bildirib. Kənd təsərrüfatı sahəsində kadr hazırlığı, elmi tədqiqatlar, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayan nazir müavini Azərbaycan Dövlət Aqrar Universitetinin Türkiyə Respublikasının Ege Universiteti ilə ikli diplom proqramı həyata keçirdiyini, digər ali təhsil müəsissələri ilə birgə layihələr gerçəkləşdirdiyini xatırladıb.

Sinop Universitetinin rektoru Şakir Taşdemir rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, kənd təsərrüfatı, xüsusilə də balıqçılıq və akvakultura sahəsində kadr hazırlığının istiqamətləri barədə danışıb. Azərbaycanın ali təhsil müəssisələrinin aqrar sahəyə dair kadr hazırlığı təcrübəsi ilə yaxından tanış olmaq istədiyini deyən rektor, bu sahədə ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını dəyərləndirmək istədiyini bildirib.

Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti və Sinop Universiteti arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi təklifləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi