lider-media.az

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Baxış: 256 Tarix: 5-02-2025, 19:23


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Əziz dost, Sizə və həmvətənlərinizə Albaniya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı çatdırıram. Belə kədərli vaxtda Albaniya xalqı olaraq Sizinlə və dost Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralananlara tezliklə sağalmalarını diləyirik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Bayram Beqay

Albaniya Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi