lider-media.az

MEK-in 100 illiyi ilə bağlı müşavirə keçirilib

Baxış: 16 Tarix: 5-02-2025, 13:38

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) direktor, texnika elmləri doktoru Hüseyn Hüseynovun rəhbərliyi ilə müşavirə keçirilib.Direktor müavinləri, şöbə və sektor müdirlərinin iştirakı ilə baş tutan müşavirə Rəyasət Heyəti tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında qərardan irəli gələn tədbirlər planının müzakirəsinə həsr olunub.Direktor çıxış edərək 2025-ci ilin avqust ayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 ilinin tamam olmağı münasibətilə kitabxanada görüləcək işlər, hazırlıqlardan danışıb.

MEK rəhbəri bildirib ki, son dövrlərdə Elektron Akademiya hərəkatı çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni islahatlar mərhələsinə start verilib. Qeyd edilib ki, bu islahatlar nəticəsində qısa vaxtda elektron kitabxana istiqamətində əldə edilən mühüm nailiyyətlərin elmi-tədqiqat sahəsinə yönəldilməsi, “Elektron Kitabxana” konsepsiyası çərçivəsində biliklərin qorunması, qlobal kitabxana-informasiya prosesləri fonunda müasir oxucu xidməti modelinin hazırlanması və tətbiqi bu konsepsiyasının əsas məqsədidir.Daha sonra müşavirə zamanı MEK-in 100 illik yubileyinə hazırlıqla əlaqədar müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən təsdiqlənən tədbirlər planının icrası ilə bağı müvafiq tapşırıqlar verilib.Görüşdə direktor müavinləri və şöbə müdirləri də çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi