lider-media.az

Səhiyyə Nazirliyi Tokioda keçirilən səhiyyə sisteminin idarə edilməsində müasir korporativ yanaşmalara dair təlimlərə qatılıb

Baxış: 331 Tarix: 5-02-2025, 10:46

Yanvarın 13-dən fevralın 1-dək Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) və Yaponiya Milli İctimai Səhiyyə İnstitutunun birgə təşkilatçılığı ilə “Səhiyyə sisteminin idarəedilməsi (Liderlik və İdarəçilik)” adlı Biliklərin Birgə Yaradılması təlim proqramı keçirilib. Təlim proqramının əsas məqsədi səhiyyə sahəsində olan çağırışlara idarəçilik perspektivindən baxış və sistematik qiymətləndirmə bacarıqlarının formalaşdırılması olub.
Two individuals are exchanging documents in a formal setting, with a wooden backdrop and a whiteboard in the background.

12 iştirakçı ölkədən səhiyyə sahəsində tənzimləyici qurumlarda çalışan, idarəçiliyin təşkili və siyasətin formalaşmasına cavabdeh olan əməkdaşların iştirak etdiyi təlim proqramında Azərbaycanı Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev təmsil edib.
Proqram çərçivəsində səhiyyə sisteminin gücləndirilməsinə yönələn və müxtəlif aspektləri əhatə edən (universal səhiyyə əhatəsi, innovativ səhiyyə strategiyaları, tibb xidmətlərinin keyfiyyəti və maliyyələşdirilməsi, tibbi-sosial məsələlər, liderlik bacarıqları) mühazirələr dinlənilib, təlimlər təşkil olunub, habelə Yaponiya və iştirakçı ölkələrin təcrübəsi ilə tanış olmaq məqsədilə təcrübə mübadiləsi aparılıb.

Təlimin gedişatında iştirakçılar Yaponiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən inzibati, tibbi və sosial müəssisələrin işi ilə yaxından tanış olublar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi