lider-media.az

Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

Baxış: 375 Tarix: 4-02-2025, 17:18

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Hacıqabul Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir.

04 fevral 2025-ci il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov aparatın məsul işçilərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edib.

Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbul zamanı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib, müraciətlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıqlar verilmiş, qaldırdıqları bəzi məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi