lider-media.az

“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası

Baxış: 24 Tarix: 3-02-2025, 09:55

“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası bataqlıqların və onların ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün zəmin yaradan hökumətlərarası bir müqavilədir. Konvensiya 1971-ci il 2 fevral tarixində İranın Ramsar şəhərində qəbul edilmiş və 1975-ci ildə qüvvəyə minmişdir. Həmin vaxtdan etibarən, dünyanın bütün coğrafi bölgələrindən BMT-yə üzv dövlətlərin təxminən 90%-i Konvensiyaya qoşulmuş və "Razılığa gələn tərəflər" olmuşdur.1990-cı ildə Razılığa gələn tərəflər tərəfindən bataqlıqların “ağıllı istifadəsi” konsepsiyasını tətbiq etmək üçün təlimatlar qəbul edilmişdir. Bu təlimatlara əsasən ölkələr bataqlıqların inventarizasiyası, monitorinqi, tədqiqatları, kadr hazırlığı, maarifləndirmə və ictimai məlumatlandırmanı əhatə edən proqramlar hazırlanmalıdır.Konvensiyaya qoşulma zamanı Razılığa gələn hər bir tərəf beynəlxalq əhəmiyyətli bataqlıq ərazilər siyahısına ("Ramsar siyahısı") daxil olmaq üçün öz ərazisində ən azı bir bataqlıq sahəsi təyin etməlidir. Bu ərazilər yerləşdikləri ölkə və ya ayrı-ayrı dövlətlər üçün deyil, bütövlükdə bəşəriyyət üçün də əhəmiyyətli dəyər kimi tanınırlar.Azərbaycan Respublikası Ramsar Konvensiyasını 2000-ci il 18 iyul tarixində ratifikasiya etmişdir. Azərbaycanın Ağgöl və Qızılağac (Böyük və Kiçik Qızılağac körfəzləri) milli parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi