lider-media.az

Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Baxış: 409 Tarix: 2-02-2025, 15:32

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəhbərləri və kollektivləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri bu gün Fəxri Xiyabanı ziyarət ediblər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub.
Qeyd edək ki, bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.







OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi