lider-media.az

MEDİA-nın yeddinci könüllülük proqramı uğurla yekunlaşıb

Baxış: 226 Tarix: 2-02-2025, 12:02

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yeddinci könüllülük proqramı uğurla başa çatıb.2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən proqram çərçivəsində iştirakçılar Agentliyin müxtəlif strukturlarında fəal iştirak edərək, tapşırıqları yüksək səviyyədə yerinə yetiriblər. Bu müddət ərzində onlar peşəkar bacarıqlarını inkişaf etdirərək kommunikasiyanın səmərəliliyi, komanda işi və idarəetmə vərdişləri kimi mühüm sahələrdə təcrübə əldə ediblər.

Ölkədə könüllülük hərəkatı ilə bağlı həyata keçirilən işlərə diqqət çəkən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, gənclərin bu cür fəaliyyətlərə cəlb edilməsi onların həm sosial, həm də peşəkar bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradır. Belə təşəbbüslər ölkənin sosial və iqtisadi inkişafına öz töhfəsini verərək, gəncləri cəmiyyətin dəyişən tələblərinə uyğun daha hazırlıqlı və məsuliyyətli fərdlərə çevirir.

Proqramın iştirakçısı olmuş könüllülər təlimlərdə əldə etdikləri bilik və bacarıqların onların şəxsi inkişafının təmin edilməsində mühüm rol oynayacağını, gələcək fəaliyyətləri üçün stimul yaradacağını ifadə ediblər.

Görüşdə proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi