lider-media.az

Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Şabranda ictimai dinləmə keçirilib

Baxış: 672 Tarix: 1-02-2025, 20:34

Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Şabranda  ictimai dinləmə keçirilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Şabran rayonunda təşkil olunub.İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə baş tutan görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi barədə məlumat verilib.Layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblərdən, proqramın gözlənilən faydalarından, layihəyə müraciət qaydalarından bəhs olunub.Layihə çərçivəsində avadanlıqlarla təmin edilməklə kiçik bizneslərini quraraq uğurla davam etdirən şəxslərin bizneslərini genişləndirməsinə dəstək məqsədilə keçirilən “Həvəsləndirmə Mükafatı” müsabiqəsi və müsabiqədə iştrak şərtləri barədə də məlumatlar verilib.“Məşğulluğa Dəstək Layihəsi” həssas  qruplara aid şəxslərin kiçik biznesə çıxışına imkan yaradır. Artıq 20 mindən çox şəxs layihə çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb. Layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.

Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Şabranda  ictimai dinləmə keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi