lider-media.az

FHN-in Mülki müdafiə qoşunlarında şahmat üzrə çempionat keçirilib

Baxış: 895 Tarix: 1-02-2025, 08:59

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) şahmat üzrə qoşunların birinciliyi keçirilib.MMQ-nin Komandanlığında baş tutan çempionatda 50 hərbi qulluqçu iştirak edib.Yarışda komanda hesabında Qəbələ komandası bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. İkinci yerə Mülki müdafiə qoşunlarının Komandanlığı, üçüncü yerə isə Mülki müdafiə alayını təmsil edən komanda layiq görülüb.Şəxsi yarışlarda çempion adını müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Qarayev, ikinci yeri gizir Nəcəf Şahbazov, üçüncü yeri isə baş leytenant Aqil Heybətov qazanıb.Mülki müdafiə qoşunlarının qərargah rəisi-komandanın müavini general-leytenant Azad Ələkbərov birinciliyin yekun tədbirində qalibləri təbrik edərək onlara diplom, medal və kuboklar təqdim edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi