lider-media.az

Dumanlı hava şəraiti müşahidə olunur

Baxış: 805 Tarix: 31-01-2025, 14:38

Dumanlı hava şəraiti müşahidə olunur

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Yevlax, İmişli, Cəfərxan, Sabirabad, Hacıqabul, Biləsuvar rayonlarında dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır. Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan duman sinoptik şərait ilə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi nəticəsində inversiya dumanı formalaşır."Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi