lider-media.az

Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib

Baxış: 285 Tarix: 31-01-2025, 14:28

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edib.Qəbuldan əvvəl S.Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib

  

Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Nazir Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi