lider-media.az

Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - İkisi uşaqdır

Baxış: 105 Tarix: 31-01-2025, 13:01

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

***

Hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu, 2 nəvəsi və gəlini həyatını itirib. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

***
Baş Prokurorluq partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərin birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi