lider-media.az

Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir

Baxış: 361 Tarix: 31-01-2025, 12:35

Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, ağacəkmə aksiyası daha sonra Ağdaş rayonunun meşə fondu torpağında keçirilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə ərazidə Şərq çinarı ağacları əkilib. Gün ərzində Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 3500-dən çox ağac əkilib.
“Ölkə ərazisinin meşə fondu torpaqlarında növbəti günlərdə də meşəbərpa tədbirləri davam edəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi