lider-media.az

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

Baxış: 359 Tarix: 31-01-2025, 12:07

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Liftdə köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” mövzusunda təlim keçirib.Təlimin keçirilməsində məqsəd hündürmərtəbəli yaşayış binalarında liftdə qalmış zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə əməliyyatı zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə liftdəki “zərərçəkmişləri” xilas ediblər.Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi