Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, gənclərimizin məsuliyyət hissini artırır. Ulu Öndər hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğını öndə saxlayıb. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək yüksək ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərdi. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev gənc nəslə qayğısını heç zaman əsirgəmədi. Dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsasına çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli Liderin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi. Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi davam etdirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, I Forumun keçirildiyi tarix, 2 fevral Gənclər Günü kimi təsis edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşmək tələb olunur. Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Məhz dövlətin gənclərə dəstəyi və qayğısı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb və bu gün də artmaqda davam edir.
Milli Məclisin deputatı bildirib ki, son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi. 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edildi. Dövlət başçısının 2019-cu ildə imzaladığı Sərəncamla “Yüksəliş” müsabiqəsi təsis edildi. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Dövlətimizin başçısının 2019-cu ildə imzaladığı Sərəncama əsasən, gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı.
Vüqar Rəhimzadə onu da əlavə edib ki, ölkədə könüllülər hərəkatının genişləndirilməsi də dövlətimizin gənclərə diqqət və qayğısının tərkib hissəsidir. Bu məqsədlə 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edildi. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edildi. Könüllülər hərəkatı bu gün cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. İnformasiya müharibəsinin ön cəbhəsində duran da Azərbaycan gəncliyidir. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri düşmənlə informasiya müharibəsində üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondunun töhfələri misilsizdir. Heydər Əliyev Fondu gənclərin fərdi və peşəkar inkişafı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə yardım edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Bu layihələr, həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğı davamlıdır. Onlar bu etimadı doğrultmaq üçün hər bir dövrün çağırışlarına uyğun olaraq üzərlərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirərək müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər. Bu gün Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. Onlara burada öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanlar yaradılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə, parlamentdə təmsilçilik faizlərinin artırılması da özündə mühüm məqamları ehtiva edir. Bir sözlə, Azərbaycan gənci müasir dünyagörüşünə malik, daim yeniliyə, təkmilləşməyə maraq göstərən gənclikdir.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb