lider-media.az

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar təqdim edildi

Baxış: 25 Tarix: 30-01-2025, 17:15

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar təqdim edildi

İtaliya-Azərbaycan Universitetində Dizayn və Memarlıq fakültəsinin Kommunikasiya Dizaynı və Şəhərsalma üzrə yeni ixtisasları təqdim edilib.

ADA Universiteti bakalavr ixtisaslarının sırasına daha ikisini əlavə edərək, İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim etdiyi proqramların sayını artırıb.Bu münasibətlə keçirilən tədbirdə ADA Universitetinin rektoru, müvafiq sahə üzrə dövlət qurumlarının nümayəndələri və italyan ekspertlər çıxış ediblər.

Rektor Hafiz Paşayev çıxışında bildirib ki, şəhərsalma və dizayn sahəsində müasir biliklərə, dünya təcrübəsinə malik, ən son yanaşmalardan xəbərdar mütəxəssislərə ehtiyac var:"Yeni ixtisasları təqdim etməkdə məqsədimiz yerli peşəkarlar yetişdirərək bu ehtiyacı qarşılamaqdır".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, yaşayış yerlərinin inkişafı əhalinin həyat keyfiyyətinin artırılmasına, urbanistik mühitin yaxşılaşdırılmasına təsir etdiyinə görə bu prosesi düzgün idarə etməyi bacaran kadrlara ehtiyac var:

"Kommunikasiya Dizaynı və Şəhərsalma üzrə yeni proqramlar vasitəsilə bu istiqamətdə uğurlu addımlar atılacaq".

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko sözügedən layihəni ölkələr arasında dostluğun təzahürü, bilik, mədəniyyət, təcrübə mübadiləsi kimi qiymətləndirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi